AZ

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

Ukrayna

Bakı, 3 may, AZƏRTAC

Kiyev bu müharibəni yalnız döyüş meydanında qazana bilməyəcək və əməliyyatların dayandırılması üçün danışıqlar vacibdir.

AZƏRTAC xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bu fikri “The Economist” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna hətta Rusiya ordusunu öz sərhədlərinə çəkilməyə məcbur etsə, bu, müharibənin bitəcəyi anlamına gəlmir, belə müharibələr yalnız razılaşmalar əsasında bitə bilər. Hərbçinin fikrincə, danışıqlar 2025-ci ilin ikinci yarısından tez başlamayacaq.

Vadim Skibitski, həmçinin deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əsas logistik mərkəzlərindən biri olan Çasov-Yar qəsəbəsinin Rusiya tərəfindən işğalı zaman məsələsidir. Rusiya ordusu indi “aydın plan üzrə hərəkət edən vahid orqanizm” kimi fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla