AZ

"Neftçi" ilə oyunda meydandan qovuldu, AFFA 3000 manat cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXXII tur

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Qəbələ” – “Kəpəz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Turan Tovuz” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununa FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 51.4);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Sumqayıt” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (52.1);

29.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər “Araz-Naxçıvan” klubu tərəfindən ödənilsin (maddə 54.2);

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla