AZ

Peter Mixalko: Azərbaycana kömək etməyə hazırıq

Avropa İttifaqı (Aİ) digər məsələlərdə olduğu kimi, mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır və dəstəyini əsirgəmir.

Biz ANAMA-nın potensialının artırılmasına kömək etməyə, bu məsələdə maarifləndirmə işində Azərbaycana tam gücümüzlə dəstək verməyi davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda keçirilən tədbirdə deyib.

Avropa İttifaqı ilə Azərbaycanın güclü və yaxın tərəfdaşı olduğunu vurğulayan Peter Mixalko qeyd edib: “Azərbaycan vətəndaşları münaqişə başlayandan indiyədək çox əziyyət çəkiblər. Ötən müddət ərzində Aİ Azərbaycanın yanında olub və həmişə də olacaq. Hazırda minatəmizləmə məsələsi Azərbaycan üçün əsas prioritetlərdən biridir və biz ölkəyə bu istiqamətdə kömək etməyə hazırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
Mənbələr
Şərh ()
Bağla