AZ

Çubays İsraildə araşdırma mərkəzi qurub – Rusiyanın 30 illik dövrünü araşdıracaq...

Milyarder, "Rusnano" şirkətinin keçmiş rəhbəri və Rusiya Prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubays Təl-Əvivdə Rusiya Araşdırmaları Mərkəzinin sponsorlarından ibarət qrup təşkil edib.

Layihədə Rusiyanın 1991-ci ildən sonrakı müasir tarixi - iqtisadi, siyasi, sosial və mədəni inkişafı tədqiq ediləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə mərkəzin yerləşdiyi Təl-Əviv Universiteti məlumat yayıb. Universitetdən verilən məlumata görə, layihə qeyri-siyasi xarakter daşıyacaq. Onun iştirakçıları yaxın keçmişin hadisələri əsasında Rusiyanın gələcəyini araşdıracaqlar.

Layihənin tədqiqatçıları arasında rusiyalı publisist Aleksandr Baunov, sosioloq Viktor Vaxştain, “Kommersant”ın jurnalisti Dmitri Butrin, ədəbiyyatşünas Aleksandr Arxangelski var.

Çubaysın özü jurnalist Aleksey Venediktova şərhində bildirib ki, Rusiya son 35 ildə ikinci dəfə inkişaf vektorunu əksinə dəyişir. “Hazırda emosiyaların, şəxsi talelərin, siyasi üstünlüklərin üzərindən qalxmaq və buraxılmış səhvləri təkrarlamamaq, gələcək üçün yaxın tariximizi yenidən anlamağa çalışmaq çox vacibdir", - milyarder deyib.

2022-ci ilin əvvəlində, Rusiyanın Ukraynaya hücumundan qısa müddət sonra Çubays Prezidentin xüsusi elçisi vəzifəsindən istefa verdi və Rusiyanı tərk etdi, lakin müharibəni açıq şəkildə pisləmədi. Vladimir Putin Çubaysin gedişini şərh edərək bildirib ki, o, ölkədən “qaçıb” və onu “Moşe İzraileviç” adlandırıb.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla