AZ

Avropa onları qoruya bilmədi: 51 mindən çox uşağın taleyi bilinmir

Avropada 51 min 433 qaçqın uşağın itkin düşdüyü məlum olub. İtkin düşənlərin taleyinin bilinməməsi pozulmuş immiqrasiya sisteminin vəziyyətini ortaya qoyur.

Publika.az xəbər verir ki, müşayiətsiz uşaqlar dövlət himayəsinə daxil olduqdan sonra yoxa çıxıblar.

“Lost in Europe” beynəlxalq jurnalist şəbəkəsinin araşdırmasına görə, bu günə qədər səlahiyyətlilər bu uşaqların harada olması barədə məlumatlara malik deyillər. Digər tərəfdən, itkin düşən uşaqların sayının daha çox olduğu düşünülür.

Araşdırmaya görə, itkin düşən uşaq və yeniyetmələrin sayı 2021-ci ildəki son məlumat sorğusundan bu yana iki dəfədən çox artıb. Həmin vaxt Avropada 19 min 292 qaçqının itkin düşdüyü bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla