AZ

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

Vitse-prezident:

Bakı, 3 may, AZƏRTAC

BP 32 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində şirkət Azərbaycanın neft və qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, bugünə kimi şirkət Xəzərin Azərbaycan sektorunda 50 milyard kubmetr qaz hasil edərək dövlətə təhvil verib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
6
Mənbələr
Şərh ()
Bağla