AZ

Bakıya təklif göndərən Kiyevə İrəvandan mesaj: “Bəs biz?”

Ukrayna Azərbaycanı İsveçrədə keçirilməsi planlaşdırılan Sülh Forumunda iştiraka dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr xatırladır ki, bu barədə Ali Radanın sədr müavini Yelena Kondratyuk məlumat verib. Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının bu ilin iyununda Berndə keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib.

“Hraparak”ın rəsmi Kiyevin Ermənistan tərəfinə də analoji dəvət göndərib-göndərmədiyi sualına Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan belə cavab verib:

“Ermənistan hər hansı beynəlxalq konfransda iştirak edərsə, biz bu barədə müvafiq şərtlərlə məlumat veririk”.

Yeri gəlmişkən, dünən Ermənistan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub və söhbət zamanı həm ikitərəfli əməkdaşlıq, həm də regional məsələlər müzakirə olunub. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir ki, Ararat Mirzoyan Dmitri Kuleba ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Almatı bəyannaməsinin əhəmiyyətindən danışıb, Ukraynanın mövqeyini müsbət qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla