AZ

Gürcüstanda etirazlar səngimir: Baş nazir ABŞ-a səfərdən İMTİNA ETDİ – FOTO

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazlar səngimək bilmir.

Yenicag.az xəbər verir ki, minlərlə insan Tbilisi küçələrinə çıxaraq hökumətin parlamentin müzakirəsinə çıxardığı qanun layihəsinə etiraz edib.

Gecə parlament binası qarşısına toplaşan nümayişçilər müxtəlif şüarlar səsləndirib, həmçinin Gürcüstan və Avropa İttifaqının (Aİ) bayraqları ilə yürüş təşkil ediblər.

Tbilisinin əsas küçəsini – Şota Rustaveli prospektini və ona bitişik yolları bağlayan qanun layihəsinin əleyhdarları paytaxtın əsas nəqliyyat arteriyalarından biri olan Qəhrəmanlar meydanının kəsişməsinə toplaşıblar.

Gecə yarısından sonra etirazçılar yolayrıcını təmizləyərək hökumətdən qanun layihəsini geri götürməyi tələb etmək üçün yenidən parlament binasına doğru gediblər.

Bu arada Gürcüstanın baş naziri İrakli Kobaxidze Amerika tərəfinin irəli sürdüyü “ilkin şərtlər”ə görə ABŞ-a səfərdən imtina edib.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Sənədi 83 deputat dəstəkləyib, 23 deputat isə əleyhinə çıxıb.

Qanun layihəsinin yekun təsdiqi üçün üçüncü oxunuşda da qəbul edilməlidir.

Sənəd keçən il qanun layihəsinin birinci variantı müzakirə edilən zaman kütləvi etirazlara səbəb olmuşdu.

Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət partiyaları qanun layihəsini Rusiyayönümlü hesab edərək ona qarşı çıxırlar.

Zurabişvili bildirib ki, qanun layihəsi üç oxunuşda qəbul edilərsə, ona veto qoyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
35
Mənbələr
Şərh ()
Bağla