AZ

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib.

“Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək. Artıq beşinci ildir təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Bu mükafatın unikallığı ondadır ki, burada rəqiblər yoxdur”, - o deyib.

Daha sonra qaliblər Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aqşin Yenisey, Azər Turan, Aydın Talıbzadə, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçid, Varis təltif olunublar. Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.

Tədbir çərçivəsində yaradıcılıq fakültəsinin məzunlarına diplomlar təqdim edilib.

Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, şair Ulucay Akif Kulis.az mədəniyyət dərgisinin baş redaktorudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
Mənbələr
Şərh ()
Bağla