AZ

Rütbəsindən asılı olmayaraq bütün polis və hərbçilərin maaşı 2 dəfə ARTIRILSIN - TƏKLİF

Rütbəsindən asılı olmayaraq bütün polis və hərbçilərin maaşı 2 dəfə ARTIRILSIN - TƏKLİF

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin maaşları təkcə rütbəyə görə deyil, həm də staj, təzminat, sinif, vəzifə və sosial-ailə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq dəyişir. Hərbi xidmət müəyyən bir yaşdan sonra həqiqətən çətin vəzifədir. Verilən vəzifələr və döyüş tapşırıqlarının yerinə yetirilməsini nəzərə alsaq, bu sahənni riskləri çox yüksəkdir. Bu baxımdan Azərbaycanda rütbəsindən asılı olmayaraq hərbçilərin maaşları artırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Azərbaycanda hərbi qulluqçuların və o cümlədə güc strukturlarında xidmət edən hərbi qulluqçuların maaşları dövlət başçısının sərəncamı ilə həyata keçirilir:

" 2023-cü ildə fərman imzalanıb və 2024-cü ilin 1 yanvarından fəaliyyətə başlayıb. Belə ki, fərmana əsasən Müdafiə Nazirliyinin sərhəd və daxili qoşunlarının səfərbərliyi idarəsinin hərbi qulluqçularının maaşları 20 faiz artırılıb. Bu proses belə baş verir. Bunun yanında xüsusi təyinatlılarımızın maaşları faizlə yox, 2.1 dəfə artırılıb. Yəni bu prosesin ildə 1 dəfə baş verməsi gözləniləndir. Adətən maaşların artırılması inflyasiyanın baş verməsi ilə əlaqələndirilir. Yəni nə qədər inflyasiya qiymətlərinin artımı baş verərsə, onunla paralel hərbi qulluqçuların vəzifə və rürbə maaşları baxılaraq qiymətləndirilir. Bu proses artıq 2024-cü il üçün baş verib".

Ekspertin sözlərinə görə, 2025-ci ildə təbii ki, ölkə daxilində sözügedən inflyasiyanın nəticələrinin təsiri güclü hiss olunacaqsa, maaşların artırılması buna adekvat olaraq həyata keçiriləcək. Bütün zamanlarda hərbçilərin maaşlarının artırılması gözlənilən məsələdir:

"Azərbaycan Silahlı Qüvvələri və digər güc strukturlarında olan hərbi qulluqçular peşə vəzifələrini və döyüş tapşırıqlarını uğurla həyata keçirir. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmayıb. Bu o deməkdir ki, hələ silahlı qüvvələrimiz və hərbi qulluqçularımızın əsas strateji tapşırıqları yerinə yetirməsi gələcəkdə həyata keçirilməsi mümkünlüyü var. Düşünürəm ki, hər zaman hərbçilərin və vəzifəli güc strukturlarının maaşlarının artırılması prioritet olmalıdır. Yəni bütün zamanlarda hərbi qulluqçular, bütün güc strukturlarında olan hərbi vəzifəlilərin maaşlarının orta statistik maaşlardan yüksək olması vacibdir. Çünki xidmət vəzufələri və risklərin, sosial problemlərin mövcudluğunu nəzərə alsaq hərbçilərimizin maaşları yüksək səviyyədə olmalıdır".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla