AZ

“Barselona”ya yeni mövsümdə də gərək olmayacaq

Vitor Roke yayda “Barselona”ya qayıtmayacaq.

İspaniya klubu onun gələcəyi ilə bağlı belə qərar verib. “Diario Sport”un məlumatına görə, rəhbərlik 19 yaşlı futbolçunu yay “transfer pəncərəsi” dövründə icarəyə verəcək. Roke haqda qərarı baş məşqçi Xavi Ernandes qəbul edib. Braziliyalı oyunçu ispaniyalı mütəxəssisin növbəti mövsüm üçün planlarında yoxdu. Klub rəhbərliyi isə məşqçinin fikrini dəstəkləyib.

Xatırladaq ki, Vitor “Barselona” ya bu ilin yanvarında “Atletiko Paranaense”dən keçib. O, cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və 2 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla