AZ

Hazırda “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir- ÖZƏL

"Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir". "Olaylar" xəbər verir ki, bunu YAP Təşftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Məhz bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. Sözsüz ki, Bakıda keçirilən forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Hazırda "Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirilir. Cənab Prezident İlham Əliyev də forumda çıxışında dünyada yeni münaqişələrin, qeyri-sabitlik məkanların və təhdidlərin müşahidə edildiyini bildirib. Vurğulanıb ki, məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla