AZ

"Eurovision"da Fələstin bayrağının nümayişi qadağan olundu

Mayın 11-də İsveçin ev sahibliyi edəcəyi "Eurovision" mahnı müsabiqəsinə Fələstin bayrağı ilə daxil olmaq qadağan olunub.

Bakıvaxtı.az "Haber Global"a istinadən bildirir ki, bu il "Eurovision" mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.

Malmö rəhbərliyi arenaya Fələstin bayrağı və ya siyasi mesajı olan pankartla daxil olmağı qadağan edən qərar qəbul edib.

Qərara görə, tamaşaçıların hər biri girişdə yoxlanılacaq. Əlində Fələstin bayrağı və ya pankart tutan şəxslərə müdaxilə olunacaq.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla