AZ

AÇG və "Şahdəniz" yataqlarının istehsalat göstəriciləri açıqlanıb

Xəzər dənizində yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi çərçivəsində Azərbaycan dövlətinə indiyədək 50 mlrd. kubmetrdən artıq səmt qaz təmənnasız ötürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriyanın açılışı mərasimində bildirib.

    Onun sözlərinə görə, BP indiyədək AÇG-dən 4,3 mlrd. bareldən artıq neft hasil edilib.

    Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, "Şahdəniz" qaz-kondensat yatağından indiyədək 200 mlrd. kubmetrdən artıq qaz hasil edilib.

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    100
    5
    Mənbələr
    Şərh ()
    Bağla