17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız start görüşündə meydan sahiblərinə uduzub.

 

ABFF Təlim-Məşq Mərkəzində keçirilən oyunda futbolçularımız 1:3 hesabı ilə məğlub olublar. Komandamızın heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.

 

Turnirin bu gün keçirilən digər görüşündə Türkiyə Qazaxıstan yığmasına 5:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, U-17 mayın 4-də Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə görüşəcək.