AZ

Media sosial təcrübənin əsas ötürücüsüdür - Hicran Hüseynova

Bakı. Trend:

Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür. Təsadüfi deyil ki,“informasiya cəmiyyəti” termini eyni zamanda, müasir sivilizasiyanıifadə etmək üçün istifadə olunur. Müasir insanın varlığınıteleviziya, internet, mətbuat və digər informasiya mənbələriolmadan təsəvvür etmək mümkün deyil.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentinAilə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovamayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində”mövzusunda forumda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda media sosial təcrübənin əsasötürücüsüdür, ona görə də sosiallaşma prosesində medianınfəaliyyəti çox vacibdir.

"Bu baxımdan da bugünkü mövzu xüsusi əhəmiyyət kəsb edir. Bütünnöv informasiya məhsullarının ailə institutuna, xüsusi ilə də uşaqvə gənclərə mənfi təsirlərinin aradan qaldırılması məsələsi bir çoxölkələrdə aktualdır. Azərbaycanda bununla bağlı aidiyyəti qurumlarmühüm işlər görür. Həmçinin, bu sahədə qanunvericilik bazasıformalaşıb, davamlı olaraq təkmilləşdirilir.

Uşaq hüquqları haqqında”, “Telekommunikasiya haqqında” və“Kütləvi informasiya vasitələri haqqında” AzərbaycanRespublikasının Qanunlarına dəyişiklər edilir. "Uşaqların zərərliinformasiyadan qorunması", “Media haqqında” Qanunları təsdiqedilib, lakin bununla yanaşı, hələ də həllini gözləyən məsələlərvar.

Aparılan təhlillər göstərir ki, bu gün bütün əsas sosialinstitutların fəaliyyətində və cəmiyyətin idarə olunmasındamedianın rolunun artması müşahidə olunur, KİV ətraf aləmiqavramağa, həm ictimai, həm də şəxsi həyatda baş verən hadisələrəvə onların qiymətləndirilməsinə təsir göstərə bilər, uşaqlar,gənclər, bütövlükdə müxtəlif yaş qrupuna daxil olan insanlarvaxtlarının yarıdan çoxunu mediadan istifadə etməkləkeçirirlər".

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzularınmediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşıeffektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminəhəmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalartəşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq