AZ

Elmar Məmmədyarov deputat ola bilər? - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib.

Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini Modern.az-a müsahibələrində bildiriblər.

Artıq bəzi partiyalar seçkilərə hazırlığa start veriblər. Bununla yanaşı, tanınmış şəxslər də deputat olmağı hədəfləyirlər.

Maraqlıdır, sabiq xarici işlər naziri Elmar Məmmədyarovu da parlamentdə görə bilərikmi?

Modern.az saytı bu sualla onun özünə müraciət edib. Eks-nazirin cavabı belə olub:

“İnanmıram ki, bu mənim üçün yaxşı fikir olar. Yəqin ki, bu, mənə görə deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
8
Mənbələr
Şərh ()
Bağla