AZ

Taleyi ilə barışıb: "Bu, "Bayer"in ilidir"

"Roma"nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/2 final mərhələsinin ilk oyununda "Bayer"ə məğlubiyyəti (0:2) şərh edib.

Publika.az xəbər verir ki, o, bu ilin Leverkuzen təmsilçisi üçün uğurlu olduğunu bildirib:

“Biz güclü komandaya qarşı oynadıq. Qoldan sonra oyuna qayıtmaq üçün çox çılğınlıq etdik. Avroliqadakı digər oyunlarda birinci qolu adətən biz vururduq və proses bizim xeyrimizə gedirdi. Amma bu dəfə əksi yaşandı. Futbol epizodlardan ibarətdir, əvvəlki matçlardakı səhvlərdən istifadə etdiyimiz halda bu gün tək bir səhvi qeyd etməyimiz haqsızlıq olardı. Bunlar olur.

Bu, "Bayer"in ilidir. Onlar artıq Bundesliqanı qazanıblar. Bu komandada təkcə keyfiyyət yox, həm də əla fiziki hazırlıq və dözümlülük var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla