AZ

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Bakı, 3 may, AZƏRTAC

Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür. Təsadüfi deyil ki, “informasiya cəmiyyəti” termini, eyni zamanda, müasir sivilizasiyanı ifadə etmək üçün istifadə olunur. Müasir insanın varlığını televiziya, internet, mətbuat və digər informasiya mənbələri olmadan təsəvvür etmək mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda media sosial təcrübənin əsas ötürücüsüdür, ona görə də sosiallaşma prosesində medianın fəaliyyəti çox vacibdir. Bu baxımdan da bugünkü mövzu xüsusi əhəmiyyət kəsb edir. Bütün növ informasiya məhsullarının ailə institutuna, xüsusilə də uşaqlara və gənclərə mənfi təsirlərinin aradan qaldırılması məsələsi bir çox ölkələrdə aktualdır. Azərbaycanda aidiyyəti qurumlar bununla bağlı mühüm işlər görür. Həmçinin bu sahədə qanunvericilik bazası formalaşıb və davamlı olaraq təkmilləşdirilir. “Uşaq hüquqları haqqında”, “Telekommunikasiya haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara dəyişiklər edilir. "Uşaqların zərərli informasiyadan qorunması", “Media haqqında” Qanunları təsdiq edilib, lakin bununla yanaşı, hələ də həllini gözləyən məsələlər var. “Aparılan təhlillər göstərir ki, bu gün bütün əsas sosial institutların fəaliyyətində və cəmiyyətin idarə olunmasında medianın rolunun artması müşahidə olunur”, - deyə komitə sədri əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq