AZ

Lənkəranda inəyi vuran avtomobil yanıb

Lənkəranda avtomobil yanıb.

Moderator.az Apa - ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Darquba kəndi ərazisində baş verib. Astara rayon sakini 1997-ci il təvəllüdlü Aslan Mürsəl oğlu Rzazadə idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə yola çıxan inəyi vurub.

Zərbənin təsirindən maşın yanıb. Ətrafdakıların köməyi ilə sərnişinlər maşından çıxarılıblar. Əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlara yardım göstərilib və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Görülən tədbirlərə baxmayaraq nəqliyyat vasitəsi tam yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
5
Mənbələr
Şərh ()
Bağla