AZ

Baş verən hadisələr ağır olmadığı halda nəticələri cəmiyyətə pis təqdim edilir- Komitə sədri

Bəzən cəmiyyətdə baş verən hadisələr o qədər ağır olmadığı halda nəticələri pis təqdim edilir. Bunu Ailə, Qadın və Uşaq Komitəsinin sədri Bahar Muradova deyib.

"Hadisələrə düzgün qiymət vermək lazımdır. Əks halda bunun pis nəticələri olur. Məsələn hər hansı bir qadının başına gələn hadisə elə təqdim olunur ki, bu həmin qadın üçün sonradan problemlərə yol açır",- Muradova bildirib.

Komitə sədri vurğulayıb ki, uşaqlarla bağlı hadisələrdə mətbuat daha diqqətli olmalıdır. Əks halda bu uşaqların inkişafına birbaşa mənfi təsir edir.
 
Gülnar Nazimqızı

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla