AZ

Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır - Əhməd İsmayılov

Bakı. Trend:

Media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən “Mediahaqqında” Qanunun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmışsistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması,media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalistpeşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsininəsasını qoyub.

Trend xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyininİcraçı direktoru Əhməd İsmayılov mayın 3-də keçirilən “İctimaiproseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanısöyləyib.

İcraçı direktor deyib ki, Azərbaycan mediası öz işini müasirtrendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olanictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçininməişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediadadüzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektivmübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylikili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
Mənbələr
Şərh ()
Bağla