AZ

Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb - İcraçı direktor

Bakı. Trend:

Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verənhadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimimedianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarətfunksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianınictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumathazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdəhəm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şəraityaradılıb.

Trend xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyininİcraçı direktoru Əhməd İsmayılov mayın 3-də keçirilən “İctimaiproseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanıdeyib.

O vurğulayıb ki, bu gün keçirilən forum vasitəsilə Azərbaycanmediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələntendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımındanyeni bir təcrübənin əsası qoyulur. “İctimai proseslər mediamüstəvisində” mövzusuna həsr edilən forum həm dövlət-mediadialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimaiəhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektivsəviyyəyə yüksəldilməsinə hesablanıb.

“Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması,eyni zamanda, cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb.İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizininformasiya mühitinin çirkləndirilməsinin qarşısının alınmasıbaxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında vədavamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır”, - deyəƏ.İsmayılov qeyd edib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçininməişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediadadüzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektivmübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylikili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
15
Mənbələr
Şərh ()
Bağla