AZ

İslahatların əsas istiqaməti məhz aztəminatlı insanların gəlirlərinin artırılmasıdır - Nazir

Bakı. Trend:

Son 5 ildə Azərbaycanda minimum pensiya 2.5 dəfə artıb, ortapensiya 2.4 dəfə artıb və ən hassas kateqoriyadan olaninsanlarımız, sosial müavinət alan, əlilliyi olan insanlarımız, çoxuşaqlı ailələr, yaşa görə müavinət alan insanlarımızın ödənişləriisə 5 dəfə artıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsinaziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığıilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundaForumda deyib.

Nazir bildirib ki, bu artımların dinamikası göstərir ki,ölkəmizdə həyata keçirilən islahatların əsas istiqaməti məhzaztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanlarıngəlirlərinin artırılmasıdır.

“Əgər Azərbaycan dövləti 2018-ci ildə sosial müavinət vətəqaüdlərə 300 milyon manat vəsait xərcləmişdisə, artıq bu rəqəmötən il 1.9 milyard manata çatıb. 5 dəfədən çox artım olub. Bununözü də dövlətimizin sosial yönümlü siyasətinin barizgöstəricisidir.

Təkcə bu ilin birinci rübündə müavinət və pensiya, ünvanlıyardım proqramları vasitəsilə vətəndaşlarımıza 2 milyard 183 milyonmanat vəsait ödənilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə12 faiz və ya 224 milyon manat çoxdur”, - deyə nazir əlavəedib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçininməişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediadadüzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektivmübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylikili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
Mənbələr
Şərh ()
Bağla