AZ

Parlament seçkiləri ilə bağlı AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin erkən keçirilməsi barədə açıqlaması müzakirə yaradıb. Bildirilir ki, seçkilər Konstitusiyaya uyğun olaraq öz vaxtında, yəni noyabr ayında keçirilməlidir. Sədr açıqlamasında seçkilərin müddətinin önə çəkilməsini noyabrda keçiriləcək COP29-la əlaqələndirsə də, başqa səbəblər axtaranlar da var.

 

Milli Məclisin deputatı Elman Məmmədov isə Pravda.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Hörmətli Məzahir müəllim məlumat verdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, parlament seçkiləri 2024-cü ilin noyabr ayında olmalıdır, ancaq müddəti irəli də çəkilə bilər. Yəni "ola bilər". Müxtəlif səbəblər göstərilə bilər. Ancaq mən hesab edirəm ki, əsas səbəb noyabr ayında ölkəmizdə keçiriləcək mühüm və geniş əhatəli COP29 tədbiri ilə bağlıdır. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən müxtəlif səviyyələrdə, müxtəlif kateqoriyalı çoxsaylı nümayəndələr iştirak edəcəklər. Yəni böyük beynəlxalq tədbirdir. Düşünürəm, seçkilərin vaxtı da buna görə dəyişdirilə bilər. Digər məsələlər, niyə, necə, nə vaxt - bu, artıq dövlət rəhbərliyinin səlahiyyətindədir".

 

Aytəkin Qardaşova

Tarix: 3 May 2024, 10:53   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla