AZ

3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Bidiyimiz kimi, vaxtilə Azərbaycanda 3 uşağı olanlar analar vaxtından əvvəl - 51 yaşında pensiyaya çıxırdı . Bu məsələ zaman-zaman sosioloqlar tərəfindən də dəstəklənir. Eyni zamanda Milli Məclisdə 3 uşağı olan anaların vaxtından əvvəl pensiyaya çıxması ilə bağlı müzakirələr gedir. Bəs Azərbaycanda 3 uaşğı olan anaların 51 yaşında pensiyaya çıxması yenidən bərpa edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bu təqaüd bir neçə il öncəyədək verilirdi, 3 uşağı olan qadınlar 51 yaşında pensiayay çıxırdı:

"Ləğv ediləndə daha öncədən bu pensiya növünü alan qadınlarn ödənişi kəsilmədi, onlar almağa davam edir, bu təqdirəlayiqdir. Amma digərləri də var axı, ehtiyac hamı üçün ehtiyacdır. Düzdür, məbləğ o qədər də çox deyil, amma bütün hallarda təqdir olunacaq pensiya növüdür. Əhalinin uzunömürlülüyü azalıb, insanlar pensiya yaşındadək yaşamır. Eləcə də bir çox qadın pensiya yaşını görmür, belə olan halda 51 yaşda da müavinət alması onları dövlətdən razı edir".

Sosioloqun sözlərinə görə, uşaqpulu məsələsi də müzakirələrdə qaldı, bərpa edilmədi və ailələr uşaq dünyaya gətirməkdə maraqlı deyil:

"Çünki uşağın ehtiyacları, təhsili, baxımı, sağlamlığı üçün dövlətdən heç bir dəstək görmürlər. Əgər uşaqpulu məsələsində tənzimləmə aparılsa, dövlət ailələrə uşağın təməl ehtiyaclarını ödəmək üçün çox da böyük olmayan yardımlar təşkil etsə, insanlar dünyaya uşaq gətirməkdən bu qədər qorxmaz və demoqrafik artım da təhlükə altına girməz. Əslində opensiya məsələsində də biz çox böyük məbləğlərdən bəhs etmirik, ailələr üçün ən kiçik məbləğin belə dəstəyi böyükdür. Mən bildiyimə görə 3 uşağa görə sosial müavinət alanlar hazırda 200 manat civarında bir məbləğ alırlar. Bu məbləğ çox deyil, amma həm də ailə üçün böyük dəstəkdir, ona görə bərpası cəmiyyətdə çox məmnunluqla qarşılanar. Uşaqpulunu da belə edə bilərik, əgər doğru mexanizm işlənsə uşaqpulunu mərhələli şəkildə də tətbiq etmək olar, 1-3, 3-7, 7-18 yaş aralığına ayıraraq ehtiyaclara görə fərqli məbləğ təyin etmək mümkündür.

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla