AZ

Azərbaycanın məşhur generalı İranda - Foto

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İrana səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Kərəm Mustafayev səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Əziz Nəsirzadə ilə görüşüb. O, ikitərəfli hərbi əlaqələrdən, eyni zamanda ötən ilin sentyabrında ölkəmizdə keçirilən iki ölkənin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclasının əhəmiyyətindən danışıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlərlə bağlı davamlı məsləhətləşmələrin aparılmasının zəruriliyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq