AZ

''Atletiko'' Oblakı gürcüstanlı qapıçı ilə əvəzləmək istəyir

La Liqada bu mövsüm ''Real''a qarşı keçirdiyi oyunlarda uduzmamasına baxmayaraq çempionluq yarışından erkən çəkilən və gələn mövsüm üçün heyəti gücləndirmək istəyən ''Atletiko'' ilə bağlı xəbər var.

''As'' nəşrinin yazdığına inansaq, Madrid klubunda Yan Oblak dövrü başa çatmaq üzrədi. Belə ki, rəhbərlik 2014-cü ildən bu yana klubun qapısını qoruyan 31 yaşlı sloveniyalı əlcək sahibi ilə bu yay yollarını ayırmağa hazırlaşır. Oblak üçün gələcək bütün təkliflər nəzərdən keçiriləcək.

Xəbərdə qeyd olunur ki, ''hindular'' diqqətini ''Valensiya''nın istedadlı qapıçısı Giorgi Mamardaşviliyə yönəldib. 23 yaşlı qapıçı səviyyəsini və nüfuzunu ildən ilə artırır. Gürcüstan yığmasının AÇ-2024-ə sürpriz şəkildə vəsiqə qazanmasında bu qapıçının böyük əməyi var. ''Valensiya''nın Mamardaşviliyə görə 25 milyon avro tələb edəcəyi gözlənilir. Tbilisi ''Dinamo''sunun yetirməsi olan və 2021-dən ''Valensiya''nın şərəfini qoruyan Mamardaşvili bu mövsüm 33 rəsmi oyunda 35 qol buraxıb və 12 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla