AZ

"Prezident kuboku"nda daha 2 medal

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası davam edir.

İdman.biz xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Azərbaycan millisi medallarının sayını artırıb.

Təmsilçilərimizdən İbrahim Məmmədzadə və Sərhad Fərhadlı 2010-2011 təvəllüdlü idmançılar arasında iki nəfərlik kayakda 200 m məsafəyə yürüşdə üçüncü yeri tutublar.

Qiyas Əhmədov - Vacib Babayev cütlüyü isə yenidən fəxri kürsüyə yüksəliblər. Onlar 2008-2009 təvəllüdlü idmançılar arasında 200 m məsafəyə kayak yarışında gümüş medala yiyələniblər.

Qeyd edək ki, “Prezident kuboku” beynəlxalq reqatası bu gün başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
1
Mənbələr
Şərh ()
Bağla