AZ

Renat Dadaşovun komandasında gözlənilməz istefa

Futbol üzrə milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”da gözlənilməz hadisə baş verib.

Publika.az xəbər verir ki, komandanın baş məşqçisi Volkan Demirəl istefa qərarına gəlib. O, azarkeşlərin istəyi üzərinə belə addım atıb.

43 yaşlı mütəxəssis “Hatayspor” rəhbərliyinə istefa ərizəsini təqdim edib. Ancaq klub bununla bağlı heç bir qərar verməyib.

Qeyd edək ki, son 4 turda qələbə qazana bilməyən Hatay təmsilçisi Super Liqada 34 turdan sonra 33 xalla təhlükəli zonada - 18-ci sırada qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla