AZ

Fabrikdə partlama, işçi alovlardan sürünərək xilas oldu - VİDEO

Fabrikdə partlama, işçi alovlardan sürünərək xilas oldu - VİDEO

Kimyəvi maddələrin olduğu fabrikdə partlama baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Partlama anı kameralara anbaan düşüb. Partlama nəticəsində alovlar içində qalan bir işçi özünü sürüyərək bayıra ata bilib.

Artan alov bütün iş yerini əhatə edib. Xəbər üzərinə polis, xilasetmə, sağlamlıq qrupları bölgəyə sövq edilib. Yanğında yüngül yaralanan işçi sağlamlıq qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Yanğınsöndürmə briqadaları bir müddət sonra yanğını söndürüb. İş yerinə ciddi ziyan dəyib.

Polis qrupları yanğınla əlaqədar araşdırma başladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla