AZ

Ronaldo komandasını finala daşıdı

Səudiyyə Ərəbistanı Kral kubokunda finalçılar bəlli oldu.

Jorje Jezuşun çalışdırdığı ''Əl-Hilal'' səfərdə ''Əl-İttihad''ı məğlub etdi. Digər yarımfinalda ''Əl-Nəsr'' öz meydanında ''Əl-Xalic''i qəbul etdi.

Son 3 qarşılaşmada qola həsrət qalan Kriştiano Ronaldo bu seriyaya son qoyaraq komandasına qələbə qazandırdı. O, 17 və 57-ci dəqiqələrdə fərqlənərək matçın qəhrəmanına çevrildi. Portuqaliyalı superulduz hətta het-trik də edə bilərdi. Amma 37-ci dəqiqədə penaltini vurmaq hüququ Sadio Maneyə verdi. Nəticədə 3:1 hesabı ilə qalib gələn ''Əl-Nəsr'' ''Əl-Hilal''ın rəqibi oldu. Həlledici görüş mayın 31-də keçiriləcək.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla