AZ

Redikül Gültəkin “buğa söhbəti”nin təsiri altında...

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi təkcə Ermənistanla onun havadarlarını məyus etməyib. Məyuslar arasında ölkəmizdə yaşayan, amma onun uğurlarından narahatlıq keçirənlərə də rast gəlirik. Belələri müxalifət düşərgəsini təmsil edənlərdir. Redikül müxalifətin xaricdəki anti-azərbaycançı mərkəzlərə xidmət etməsi və onların əlində alət olması bütün cəmiyyətimizə məlum olan faktdır.   

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsində xalqla hakimiyyətin birliyi qarşısında aciz duruma düşən rediküllər ölkəmizin uğurlarına qarayaxmaq üçün fürsət axtarır. Əlbəttə, hər bir hüquqi dövlətdə, demokratik cəmiyyətlərdə müxalifət partiyalarının fəaliyyət göstərməsi təbii prosesdir. Bu tipli ölkələrdə müxalifət iqtidarda olan qüvvənin fəaliyyətini diqqətlə izləyir və onun həyata keçirdiyi siyasətdən, proqramlardan daha keyfiyyətli proqramlar cəmiyyətə təqdim etməyə çalışır. Azərbaycanda da siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılıb. Amma indiyə qədər heç bir proqram ortaya qoymayan redikül müxalifətin fəaliyyəti yalnız iqtidara və dövlətə qarşı qarayaxma kampaniyası aparmaqdan ibarətdir. Bunun adı isə təkcə hakimiyyətə deyil, xalqa və dövlətə qarşı müxalifətçilikdir. 

Rediküllər xaricdəki antiazərbaycançı mərkəzlərin ölkəmizə qarşı apardıqları qərəzli kampaniyalara sevinməklə yanaşı, onlara dəstək verməkdən “qürur” duyurlar. Bunların sırasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmaması haqqında ədalətsiz qərarı qeyd etməliyik. Redüküllər bu qərarı “toy-bayram” kimi qeyd etdilər. Son günlər isə həmin qərarın təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabe Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinə qarşı yalan və böhtanlara başlayıb. Yenə də rediküllər onu “alqışlayır”. Onların arasında Gültəkin Hacıbəyli də var. Bu, həmin Gültəkin Hacıbəylidir ki, Milli Məclisin deputatı olan zaman AŞPA-da da təmsil olunurdu və qurumun Azərbaycana qarşı qərəzli mövqeyinə kəskin etirazlarını bildirirdi. Amma o, indi mövqeyini 180 dərəcə dəyişib. Hansı ki, AŞPA o zaman da demokratiya, insan haqları və azad mətbuat mövzusu ilə spekulyasiya edirdi, indi də bu mövzulardan ölkəmizə qarşı istifadə edir. Yəni, qurumun mövqeyində dəyişiklik yoxdur, dəyişiklik G.Hacıbəylinin əqidəsindədir. 

Son günlər isə G.Hacıbəyli Gürcüstanda müxalifətin mitinqlərindən “ruhlanıb”. “Gürcüstan növbəti demokratik inqilaba hamilədir. “Gürcü olmaq” arzumuzda n-ci kruqu getməyə hazırlaşaq”-deyən bu redikül Azərbaycan vətəndaşlarını onlara dəstək vermədiyi üçün lağ obyektinə çevirməkdən də çəkinməyib.   Deyəsən, G.Hacıbəylinin belə davranışılarında Cəmil Həsənli ilə “buğa” söhbətinin təsiri qalmaqdadır. Xatırladaq ki, belə bir söhbət hələ 2020-ci ildə “Milli şura”nın videokonfransında olmuşdu. G.Hacıbəyli  bu videokonfransda  inəklərin bioloji durumlarından bəhs edərək deyib: “Cəmil müəllim, yadınızdadır siz mənə danışmışdınız: Bakıdan Mərkəzi Komitənin katiblərindən biri gedib  rayondakı mal fermasına. Buğanı görüb deyib ki, nə qəşəng inəkləriniz var. Deyiblər ki, inək deyil- buğadır. O da başa düşməyib ki, buğa nədir. Deyiblər ki, bu inəyin erkəyidir. O da qayıdıb deyib ki, hə, demək istəyirsiniz ki, inəyin əridir də...”. Bu zaman qondarma qurumun üzvləri xeyli gülüşürlər və buğanın müzakirəsi onların əsas mövzusu olur. Beləliklə, əlavə şərhə ehtiyac yoxdur.  Məhz belə müzakirələr rediküllərin gerçək mahiyyətindən xəbər verir. 

N.TUNAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla