AZ

Azərbaycan-KKTC münasibətləri yeni mərhələyə daxil olur: Proseslər o yönə doğru getməlidir ki...

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yaxın günlərdə Azərbaycana səfər edəcək.

ŞKTC liderinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ersin Tatar iki dövlət arasında əlaqələrin qarşılıqlı səfərlərlə daha da möhkəmlənəcəyini bildirib: “Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin idmanda bir araya gəlməsi vacibdir”.

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Bakıvaxtı.az-a deyib ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti Türkiyə istisna olmaqla dünyanın heç bir dövləti tərəfindən rəsmən tanınmır. Amma KKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda yer alması göstərir ki, onun türk dünyasının bir parçasına çevrilməsi istiqamətində addımlar atılır.

Q.Çaxmaqlı qeyd edib ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycanla ənənəvi əlaqələri deməyə əsas verir ki, KKTC-nin Bakı ilə münasibətləri yeni mərhələyə daxil olmaqdadır.

Qafar Çaxmaqlı: KKTC də Türkiyə kimi bizim strateji müttəfiqimiz ola bilər

Onun sözlərinə görə, bBir müddət əvvəl Milli Məclisdə KKTC ilə Azərbaycan arasında dostluq qrupunun yaradılması, rəsmilərin qarşılıqlı səfərləri, görüşlər keçirməsi göstərir ki, əməkdaşlığı daha da sıxlaşdırmaq qərara alınıb:

"Proseslər o yönə doğru getməlidir ki, Azərbaycan KKTC-ni müstəqil dövlət olaraq tanısın. İndiyədək bu məsələyə diqqət yetirmirdik ki, Qarabağda separatçılıq meyilləri var idi. Qarabağda qondarma rejim, separatizm fəaliyyət göstərirdi. Bakı ethiyat edirdi ki, əgər KKTC-ni rəsmən tanısa, başqa dövlətlər, o cümlədən Yunanıstan da Qarabağdakı qondarma rejimi tanıyar. İndi isə belə problem yoxdur və əngəllər ortadan qalxıb. İnanıram ki, yaxın zamanlarda Azərbaycan parlamenti və hökumət bu məsələyə baxacaq və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacaq. KKTC-nin bir dövlət kimi yaşama haqqı var. KKTC də Türkiyə kimi bizim strateji müttəfiqimiz ola bilər".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla