AZ

Müharibənin 800-cü günü

Bu gün Rusiyanın Ukraynaya təcavüzünün 800-cü günüdür.

Herbiand.az xəbər verir ki, iki eyniköklü xalqın müharibəsi hələ də davam edir. Müharibənin başa çatması ilə bağlı verilən proqnozlar ümidverici deyil.

Rusiya Kiyev hakimiyyətini NATO-dan üz döndərəcəyinə qədər, Ukrayna isə Rusiyanın işğal etdiyi əraziləri tam azad edənə qədər döyüşəcəyini bildirir.

Türkiyə dəfələrlə bu müharibəni dayandırmaq üçün dəfələrlə cəhd etsə də səmərəli olmayıb. Tərəflər heç biri iddialarından geri çəkilmək istəmir.  

Hərbi əməliyyatlar Ukrayna ərazisində gedir, lakin Ukrayna hər fürsətdə Rusiyanın müxtəlif regionlarında olan infrastruktur obyektlərə raket və PUA-larla həmlələr edir.

Azərbaycan sonu görünməyən bu müharibədə tam neytral mövqe tutur. Strateji tərəfdaşı olan Rusiya ilə əlaqələri olmasına rəğmən müxtəlif vaxtlarda Ukraynaya humanitar dəstək verib.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla