AZ

Deputat “Uğurun Zirvəsi 2” adlı tədbirə qatılıb

Paytaxt Bakıda Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş  "Uğurun Zirvəsi 2" adlı tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova iştirak edib. Bu barədə millət vəkili özü məlumat verib: "Ulu Öndər Heydər Əliyevin 101 illiyi, Yaşıl Dünya naminə həmrəylik ili və İnklüziv cəmiyyətin formalaşmasına həsr edilmiş  "Uğurun Zirvəsi 2" adlı tədbirdə iştirak etdim. Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə deputat həmkarlarım  Ceyhun Məmmədov və  Məzahir Əfəndiyev, ictimai-siyasi xadimlər, QHT və ictimaiyyət nümayəndələri, "İnclusive Organization Team"ın rəhbəri və tədbirin təşkilatçısı İbrahim Məmmədov,  Azərbaycanın  əməkdar artist Nuriyyə Hüseynova və digər qonaqlar iştirak edirdi. 
Qeyd edim ki, layihənin əsas məqsədi İnklüziv cəmiyyəti formalaşdırmaq, eyni zamanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, əlilliyi olan və olmayan şəxslərin birgə işini sərgiləmək idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla