AZ

Azərbaycanda ən yüksək maaş hansı sahədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 10,8 faiz artaraq 946,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 438,3 manat, qeyri-neft-qaz sektorunda 899,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 901,8 manat, özəl müəssisələrdə isə 996,5 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 298,6 manat), maliyyə-sığorta (2 325,9 manat), peşə-elmi və texniki sahədədir (1 538,4 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (528 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır 2 665,5 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 3 948,2 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla