AZ

Xəbərdarlıq: Uşaqlara 13 yaşına qədər telefon verməyin!

Yazını böyüt
Yazını kiçilt

Fransada aparılan araşdırmada uşaqların 13 yaşına qədər smartfondan istifadə etməmələrinin lazım olduğu bildirilib.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Fransada yaradılan komissiya sosial media və smartfonların uşaqlara təsirini araşdırıb. Nevroloq Servane Mouton və psixiatr Amine Benyaminanın rəhbərlik etdiyi qrupun araşdırmasında uşaqların texnologiya sənayesinin qazanc odaklı strategiyalarından qorunması lazım olduğuna diqqət çəkilərək, “Şirkətlər uşaqları ekran qarşısında kilidləyir, onlara nəzarət edir və onların vasitəsilə pul qazanır” deyiblər.

Araşdırmada uşaqların 6 yaşından əvvəl rəqəmsal ekranlara məruz qalmaması və 13 yaşına qədər smartfonlardan istifadə edilməməsi qeyd olunub. Mütəxəssislər bildiriblər ki, 11-13 yaşlı uşaqlara verilən telefonlar internetə qoşulmamalıdır.

Tədqiqatçılar həmçinin uşaqların 18 yaşına qədər Instagram, TikTok və Snapchat kimi sosial media proqramlarından uzaq tutulmasını tövsiyə ediblər.

İbtidai siniflərdə şagirdlərin xüsusi şəraiti olan uşaqlar istisna olmaqla, planşetlərdən istifadə etməmələri məsləhət görülsə də, valideynlərin uşaqları ilə daha çox vaxt keçirmək üçün sosial mediadan istifadəni məhdudlaşdırmalı olduğu bildirilib.

Araşdırma, valideynlərin də uşaqlar qədər "texnoloji sənayenin qurbanı" olduqlarına diqqət çəkib.

Tədqiqatda iştirak edən elm adamlarından Benyamina deyib: "Texnologiya böyük bir vasitədir və belə də qalacaq. Yenidən aktivləşdirən və stimullaşdıran alqoritmlər rəqəmsal məzmuna olan marağınızı itirmənizə maneə törətmək üçün kef sistemi, bir növ asılılıq dinamikası yaradır".

“The Guardian” yazıb ki, komissiyanın hesabatından sonra məsələ ilə bağlı hər hansı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla