AZ

Messi xanımı ilə birlikdə öz fabrikinə baş çəkdi - FOTO

“İnter Mayami”nin hücumçusu Lionel Messi həyat yoldaşı ilə birlikdə öz fabrikinə baş çəkdiyi videonu sosial şəbəkədə paylaşıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu paylaşımında belə deyib:

“Biz yenicə sınaq müəssisəsindən qayıtdıq və mənim gələcək nəsil içkimin necə hazırlandığını dəqiq bildik. Biz sərinləşdirici içkilərin yeni brendini buraxmağa hazırlaşaraq, işləməyə davam edirik.

Çünki bizim üçün su orqanizmin açarıdır. Fabrikə çox maraqlı səfər oldu, bu yeni, sağlam içkinin hazırlanma prosesinin necə getdiyini öyrəndik”.

Söhbətin hansı içkidən getdiyi dəqiq bilinmir.

Daha bir tanınmış futbolçunun – Kriştiano Ronaldonun artıq öz markası olan URSU9 mineral suyu var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla