AZ

Messi aprel ayının ən yaxşı futbolçusu seçildi

“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi MLS-də (“Major League Soccer” - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) ötən ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Messi apreldə dörd oyun keçirib. Bu oyunlarda 36 yaşlı futbolçu altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

“İnter Mayami” 11 turdan sonra 21 xalla turnirin lideridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla