AZ

“Qəbələ” bütün legionerlərini göndərəcək

Misli Premyer Liqasında sonuncu olacağı dəqiqləşən “Qəbələ” mövsümün sonunda ciddi islahatlara hazırlaşır. 

Bizim.Media xəbər verir ki, rəhbərlik heyətin tamamilə dəyişmək fikrindədir. 

Əgər qərb təmsilçisi birinci divizonda mübarizə aparmalı olsa, legionerlərin hamısı göndəriləcək və heyət sırf yerli futbolçulardan qurulacaq. Yox əgər “Qəbələ”nin elitada qalmasına qərar verilsə, yeni əcnəbi futbolçular transfeer olunacaq. 
Qeyd edək ki, “Qəbələ”nin Premyer Liqanın 33-cü turunda “Kəpəz”ə öz meydanında uduzmasından sonra komandanın sonuncu pilləni tutacağı dəqiqləşib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla