AZ

İraqdakı İranyönümlü silahlı qruplaşma İsrailə hücum edib

İraqda yerləşən İranyönümlü silahlı qruplaşma İsrailə bir neçə dəfə qanadlı raketlər vasitəsi ilə zərbə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hücum “Arkub” tipli qanadlı raket vasitəsi ilə edilib. Bildirilib ki, ilk dəfə olaraq İsrailin Təl-Əviv şəhəri hədəfə alınıb.

İranın İraqdakı “İslam müqavimət hərəkatı"ndan bildirilib ki, oktyabrın 7-dən onlarla raket və PUA vasitəsi ilə ABŞ-nin İraq və Suriyadakı qüvvələrinə, İsrailin obyektlərinə zərbələr endiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
5
Mənbələr
Şərh ()
Bağla