AZ

Kliniki Tibbi Mərkəzdə ilk dəfə epilepsiya cərrahiyyəsi icra edilib

Vətəndaş 16 yaşlı Sayıl Allahverdiyev uzun zaman hər gün çoxsaylı epileptik qıcolma şikayətinin olması səbəbilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, ikili yüksək doza antiepileptik dərman içməsinə baxmayaraq, səhhətində yaxşılaşma olmayıb. Çəkilən MRT müayinəsi zamanı xəstədə sol Mezial temporal skleroz (MTS) aşkarlanıb. EEG müayinəsi ilə diaqnoz təsdiqlənib.

 

KTM-in Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlının iştirakı ilə xəstəyə sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyatı icra olunub.

 

Əməliyyat sonrası xəstə nevroloji defisitsizdir və postop dövrdə epileptik tutma qeyd olunmayıb. Xəstə nevroloqun nəzarəti altında evə yazılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla