AZ

Bakıda bu məkana gələnlər "Çort Poberi" DEYİR - VİDEO

Bakıda bu məkana gələnlər "Çort Poberi" DEYİR - VİDEO

"Briliant turlar"ı 1968-ci ildə Bakı İçərişəhərdə əsası qoyulub. Məşhur rus rejissoru Leonid Qayda belə qərara gəlib ki, öz ssenarisini Bakıda çəksin. Burada filmin baş qəhrəmanı Semyon Semyonoviç ayağı sürüşərək o məşhur ifadəni səsləndirib: "Çort Poberi".

Filmin üzərindən 36 il keçməsinə baxmayaraq bu gün İçərişəhərə ayaq basan rusiyalı turistlərin ilk ziyarət yerlərindən biri məhz buradır. Onlar baş qəhrəman Yuri Nikulinin canlandırdığı obraz olan Semyon Semyonoviç Qorbunkov kimi sürüşüb yıxılaraq şəkillər çəkdirirlər.

"Mən Peskovdan gəlmişəm. İlk dəfədir ki, Bakıda oluram. Ağlı başdan alacaq şəkildə gözəl şəhərdir. Gəlin indi filmin kadrlarının çəkildiyi yerlərə baxaq. Adam istəyir desin ki, "Çort Poberi". Təəssüratlarım əladır. Çox gözəl insanlarınız var. Tövsiyə edirəm ki, Bakıya hər kəs gəlsin".

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Aztv Xəbər maraqlı süjet hazırlayıb.

Bu filmin hər bir pərəstişkarı və həvəskarı bilir ki, onun bir hissəsi Azərbaycanda lentə alınıb. Filmdə isə baş rolları Rusiyanın əfsanə aktyorları Yuri Nikulin, Anatoli Papanov və Andrey Mironov canlandırıblar.

Ətraflı "Aztv Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla