AZ

Azərbaycanda quşçuluq şirkətinin səhmdarları toplanır

19 iyun 2024-cü il saat 11.00-da “Salyan Reproduktor Quşçuluq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı  keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Salyan rayonu, Qaraçala qəsəbəsində cəmiyyətin inzibati ərazisində baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı;

2.Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;

3.Cəmiyyətin müşahidə (direktorlar) şurasının, icra orqanının və təftiş komissiyasının formalaşdırılması;

4. Cəmiyyətin fəaliyyətinin bərpası ilə bağlı görüləcək işlərin müzakirəsi və təsdiqi.

5. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (050) 202-90-22 “Salyan Reproduktor Quşçuluqv” ASC-nin icra orqanı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla