AZ

Ərəb ölkələrində Qarabağ mədəniyyəti təbliğ olunacaq

Ərəb ölkələrinin informasiya portalları işğaldan azad olunmuş Qarabağın mədəniyyəti, dini abidələri və turizm potensialından bəhs edən yazılar yayımlayacaq.

Modern.az xəbər verir ki, bu barədə "Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi məlumat yayıb. “Qarabağın mədəniyyət nümunələrinin təbliği” adlı layihənin məqsədi Azərbaycanın bu tarixi regionunu Ərəb dünyasına daha yaxından tanıtmaqdır.

“Bundan əvvəl Mərakeş, Əlcəzair, Misir, İraq, Suriya, Fələstin mətbuatında Qarabağ problemi, erməni vandallığı, azərbaycanlılara qarşı törədilən soyqırımları barədə 30-dan çox maarifləndirici məqalə yayımlatmışıq.
Qarabağ problemi həll olunsa da, ermənilər iddialarından əl çəkmirlər. Onlar erməni diasporunun olduğu ərəb ölkələrində də ölkəmizə qarşı “informasiya müharibəsi” aparır, Qarabağda mövcud olan tarixi mədəniyyət və dini abidələrə sahib çıxmağa çalışırlar. Bir çox hallarda beynəlxalq ictimiayyət erməni yalanlarına inanır.
Ona görə də bizim maarifləndirmə yazıları ermənilərlə apardığımız “informasiya müharibəsi”nə bir cavabdır”, - deyə İctimai Birlikdən bildirilib.

Qeyd edilib ki, son illər Azərbaycana ərəb dünyasından turist axını var. Ərəblərin Qarabağın mədəniyyət, dini abidələri və turizm obyektləri barədə məlumatlanması onların ölkəmizə marağını daha da artıra bilər.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
Mənbələr
Şərh ()
Bağla