AZ

Ağdamın qara günlərinin şahidi, azadlığının RƏMZİ - VİDEO

Ağdamın qara günlərinin şahidi, azadlığının RƏMZİ - VİDEO

Ağdamın qara günlərinin şahidi olan Ağdam Cümə Məscidi indi buranın işıqlı günlərinə şahidlik edir.

3 əsrlik ağdamlıların ibadət yeri olan məscid tarixin bütün mərhələlərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri olub. Ağdam Ermənistan ordusunun işğalına düşdükdən sonra dağıntılara məruz qalıb. Ancaq şəhərin işğaldan azad edilməsindən sonra bina bərpa edilib.

Sonxeber.az xəbər verir ki, "Apa TV" bu möhtəşəm memarlıq nümunəsi ilə bağlı maraqlı süjet hazırlayıb. Cümə Məscidinin barəsinda yerli və xarici mütəxəssislər birgə çalışıb. Dağıdılmış və vandalizmə məruz qalan məscid əvvəlki görkəminə geri qaytarılıb.

Məscidin restavrasiyası və görülən işlər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Cəmi 2 il ərzində ermənilərin dağıtdığı məscid tarixi görkəminə yenidən qovuşub. İlkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Məscidin eyvan divarında yerləşən daş və birləşmələr müvafiq materiallar ilə təmizlənərək bərpa olunub. Məscidin bünövrələrində isə bərkitmə işləri aparılıb.

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla