AZ

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

“Azərbaycan və Ermənistan arasında danışıqlar üçün seçilmiş Qazaxıstan platformasında Türkiyənin böyük təsir imkanı var. Ermənistan Almatıda məğlub olduğu, təslim aktı imzaladığı dövlətlə vasitəçi olmadan təkbaşına qalacaq və çətin olacaq”.

Publika.az
xəbər verir ki, bu barədə erməni ekspert Varujan Qeqamyan deyib.

Onun iddiasına görə, Almatı görüşündə Azərbaycan dominantlıq edəcək.

“Azərbaycan vasitəçilərin olmadığı danışıqlar prosesinə nail oldu. Nəticədə Ermənistan Azərbaycan qarşısında çıxılmaz vəziyyətdə qalacaq, çünki onun maraqlarını müdafiə edəcək tərəf yoxdur. Əslində bu, danışıqlar yox, təslim olmaq müzakirəsi olacaq”, - o bildirib.

Asif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla