AZ

Ermənilər Almatı görüşündən niyə narahatdır? - TƏHLİL

Xəbər verdiyimiz kimi Qazaxıstanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Almatıda baş tutacaq. Təbii ki, bu görüşdən müəyyən gözləntilər var. Çünki, bu yeni formatdır. Bu görüşün təşəbbüskarı Qərb və yaxud Rusiya yox, bir Asiya dövlətidir. Ona görə də Beynəlxalq ekspertlər bu görüşdən konkret nəticə gözləyir.  Amma Ermənistanda bu görüşü pozmaq istəyən qüvvələr var. Həmin qüvvələr iddia edir ki, tərəflər arasında danışıqlar üçün seçilmiş Qazaxıstan platforması zahirən neytraldır, lakin müəyyən dərəcədə Türkiyəyə yönəlib.

Erməni ekspertlər hesab edirlər ki, Almatıda keçiriləcək Mirzoyan-Bayramov görüşündə Ermənistan məğlub olduğu dövlətlə tək, vasitəçisiz danışıqda çox çətin vəziyyətdə qalacaq.

Məsələn, “Sputnik Ermənistan”-a müsahibəsində türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan deyib ki,  bundan əvvəl Ermənistan və Azərbaycan prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Qazaxıstanda keçiriləcək görüşdə iştirak edəcəklərini təsdiqləyiblər. Amma, bu görüşdə Qazaxıstan hakimiyyəti vasitəçi kimi çıxış etməyəcək.

Türkoloqun fikrincə, görüşdə vasitəçilərin iştirak etməməsi diplomatik münasibətlərdə irəliləyişdən xəbər vermir, əksinə, Türkiyə və ya Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir:

“Adətən daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur, lakin indiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud vəziyyət şəraitində hərəkətə keçmək məcburiyyətində qalacaq.  Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldular ki, nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə birbaşa təmasda olacaq. Bu görüşdə isə Ermənistanın dəstək tapmaq imkanı yoxdur Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq ictimaiyyətə güvənmək ölkə üçün daha çətindir”.

“Hazırda aparılan danışıqlar daha çox Ermənistanı təslim olmaq məcburiyyətini xatırladır. Bu kontekstdə Qərb də Azərbaycanı dəstəkləyir”, - deyə türkoloq qeyd edib.

Geqamyan, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 23-də Cənubi Qafqazda yeni nizamın formalaşmasından danışdığı və onun fikrincə, “Nikol Paşinyan yaxşı başa düşür” bəyanatını xatırladıb. Bu kontekstdə ekspert qeyd edib ki, Türkiyə və Azərbaycan 2020-ci ildə 44 günlük müharibənin nəticələri və ondan sonrakı hadisələrlə şərtlənən regionda strateji üstünlüklərini gücləndirmək üçün fəal işləyirlər.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla