AZ

Gürcüstanın xarici işlər naziri ABŞ-a səfərdən imtina etdi – SƏBƏB

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında” qanun layihəsinin müvəqqəti geri götürülməsini tələb edən Amerika tərəfinin ona qarşı qoyduğu şərtlərə görə ABŞ-a səfərdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Səfərin şərtlərlə həyata keçirilməsi qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir”, – deyə departamentdən bildirilib.

Qeyd edək ki, Vaşinqton Tbilisini Aİ və NATO-ya istəklərini təsdiqləməyə çağırıb.

Amerikanın Gürcüstandakı səfiri Robin Danniqan bildirib ki, Tbilisi strateji tərəfdaşlıq məsələlərini müzakirə etməkdən imtina edib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla